NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Azərbaycanda bölgələrlə bağlı yeni xəbər portalı fəaliyyətə başlayıb

...

Azərbaycanın bölgələrinin sosial-iqtisadi həyatının işıqlandırılması üzrə ixtisaslaşmış YURD.MEDİA xəbər portalı fəaliyyətə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, sayt ölkənin hər bölgəsindən son xəbərləri çatdırmaqla yanaşı regionlarının inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.

Saytda yazılar həm müvafiq kateqoriyalar üzrə, həm iqtisadi rayonlar və ayrılıqda hər rayon və şəhərlər üzrə çeşidlənib.

Portalın təsisçisi və baş redaktoru, jurnalist Murad Əliyev saytın müraciətində qeyd edib:

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranıb”.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl “Report” İnformasiya Agentliyinin baş redaktoru olub.

Nəşr edilib : 08.04.2025 10:49