Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) növbəti dəfə 4 il müddətinə İdarə Heyətinin üzvü seçilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
Bildirilir ki, OIC-CERT-in Oman Sultanlığının Maskat şəhərində keçirilən 11-ci ümumi iclasında 2023-2024-cü illər üzrə fəaliyyət planına uyğun olaraq Katiblik və İdarə Heyətinin üzv dövlətləri tərəfindən görülən işlərin hesabatları dinlənilib, gündəmdə olan məsələlər müzakirə olunub, həmçinin yeni üzvlər elan edilib.
İclasda iştirak edən XRİTDX-nın nümayəndəsi Murad Balayev Azərbaycanın rəhbərlik etdiyi 4-cü strateji istiqamət olan “Texnika və texnologiya” sahəsi üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.
Eyni zamanda Azərbaycanda keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransdan bəhs olunub, regionda ilk dəfə keçirilmiş bu cür nüfuzlu beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi İdarə Heyəti tərəfindən yüksək qiymətləndirilib. Kiberdiplomatiyanın informasiya təhlükəsizliyindəki rolu baxımından bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyi və təşkilatın beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətlərində bu sahənin xüsusi yer alacağı vurğulanıb.
Qeyd edək ki, OIC-CERT qlobal kiberməkanın təhlükəsizliyini təmin etmək və İslam ölkələri CERT mərkəzlərinin beynəlxalq səviyyədə kibertəhlükəsizlik imkanlarını inkişaf etdirmək məqsədilə yaradılıb. Təşkilata 29 ölkədən 66 üzv daxildir. XRİTDX təşkilatın tamhüquqlu üzvü olaraq İdarə Heyətində ölkəmizi 8 ildir təmsil edir.
Digər xəbərlər