NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Azərbaycan XİN Kahramanmaraşdakı zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib

...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.

"Şərq qapısı" xəbər verir ki, nazirliyin "X" hesabındakı paylaşımda deyilir:

"Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.

Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik.

Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik".

Nəşr edilib : 05.02.2025 18:50