NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri regional ticarətin davamlılığını müzakirə ediblər

...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə regional ticarətin davamlılığını müzakirə edib.

“Şərq qapısı” xəbər verir ki, bu barədə türkiyəli rəsmi sosial şəbəkədə bildirib.

“Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, hörmətli həmkarım Rəşad Nəbiyev, nazir müavini cənab Rəhman Hümmətov və Bakıdakı səfirimiz cənab Cahit Bağcı ilə səmərəli görüş keçirdik. Türkiyə və qardaş ölkə Azərbaycan arasındakı əməkdaşlığımızı gücləndirmək və regional ticarətin davamlılığı üçün mühüm məsləhətləşmələr apardıq”, – o yazıb.

Qeyd edək ki, öncəki paylaşımında Uraloğlu Azərbaycana gəldiyini bildirmişdi.

Nəşr edilib : 19.11.2024 21:47