NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Azərbaycan və Türkiyənin Macarıstandakı səfirləri strateji müttəfiqliyi müzakirə ediblər

...

Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova bu ölkədəki türkiyəli həmkarı Gülsun Erkulla görüşüb və strateji mettəfiqlik məsələlərini müzakirə ediblər.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Esmira Cəfərova Türkiyə Respublikasının Macarıstandakı səfiri Gülsun Erkul ilə nəzakət görüşü keçirib.
Görüş zamanı qardaşlığa və strateji müttəfiqliyə əsaslanan münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb", – paylaşımda bildirilib.
Xatırladaq ki, E. Cəfərova iyulun 29-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Macarıstanda səfiri təyin edilib.

Nəşr edilib : 28.08.2026 21:14