NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

...

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

"Şərq qapısı" xəbər verir ki, M.Cabbarov bu barədə "X"də yazıb.

"Biz tərəfdaşımızla birgə təşəbbüslərimizin müsbət nəticələrindən məmnun olduğumuzu bildirdik. Həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və biznes potensialının açılması imkanlarını müzakirə etdik", - o bildirib.

Nəşr edilib : 29.01.2025 19:40