NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Azərbaycan və Səudiyyə nazirləri ticarət və investisiya artımını sürətləndirməyin yollarını müzakirə ediblər

...

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında bu ölkənin investisiya naziri Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə azərbaycanlı nazir sosial şəbəkədə yazıb.
“Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə keçirdiyimiz görüşdə ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğuladıq. Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik", – nazir qeyd edib.

Nəşr edilib : 08.12.2024 14:56