Şəhid İlkin Muradlının xatirəsinə həsr edilmiş təd...
12:30 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
Qvineya-Bisau, Azərbaycanın neft-qaz, geoloji kəşfiyyat, enerji keçidi və dekarbonizasiya sahələrindəki təcrübəsinə maraq göstərir, bununla bağlı potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.
"Şərq qapısı" xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.
Söhbət zamanı Azərbaycanın ənənəvi enerji üzrə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən 12 ölkəyə qaz tədarükü barədə məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan enerji keçidi və dekarbonizasiya sahələrində irəliləyişlər əldə edir və qısa müddətdə 2 milyard ABŞ dollardan çox investisiya cəlb edərək quraşdırılmış enerji gücündə bərpa olunan enerjinin payını 33 %-ə yüksəldən layihələrin reallaşma mərhələsində olması bunun sübutudur.
Görüşə yeni qanunvericilik bazasının formalaşdırılması, beynəlxalq investorlarla birbaşa və hərrac yolu ilə əməkdaşlıq, eləcə də Azərbaycanla Türkiyə, Avropa və Mərkəzi Asiya arasında “yaşıl enerji” interkonnektorlarının yaradılması kimi milli və regional miqyaslı enerji keçidi kursu müzakirə edilib. Həmçinin, COP29-un enerji təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama ilə yanaşı, energetika və təbii sərvətlər nazirliklərinin, həmçinin bu ölkənin Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak ediblər.
Digər xəbərlər