Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik...
19:44 23.05.2026
0
0
0
NAXÇIVAN :
23 May 2026, Şənbə
Qazaxıstan Respublikası Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə nazirliyindən “Şərq qapısı”na bildirilib ki, qazaxıstanlı qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərb Oyunları Mərkəzini, Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edərək yaradılmış şəraitlə tanış olub.
Ziyarət zamanı təhsil müəssisələrinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri xatirə kitabına ürək sözlərini yazıb.
Zəfər Muzeyini ziyarət edən qonaqların diqqətinə Vətən müharibəsi zamanı qazanılmış tarixi qələbənin əhəmiyyəti çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Digər xəbərlər