NAXÇIVAN :

24 Iyul 2026, Cümə

Azərbaycan və Pakistan arasında peşə hazırlığına dair memorandum hazırlanması nəzərdə tutulur

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyi arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu hazırlanacaq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə nazir müavini Hidayət Abullayevin pakistanlı həmkarı Vaciha Qəmər ilə görüşündə fikir mübadiləsi aparılıb.

Hidayət Abullayev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Görüşdə əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu, bu sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 23.07.2026 14:50