NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

...

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə arasında yük dövriyyəsinin artırılması, eləcə də Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili imkanları müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 15.05.2025 20:20