NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

Azərbaycan və Monteneqro enerji tərəfdaşlığını gücləndirmək niyyətindədir

...

Azərbaycan və Monteneqro enerji sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyevlə Monteneqronun dağ-mədən sənayesi, neft və qaz naziri Admir Şahmanoviç arasında keçirilən görüşdə müzakirə olunub.

"Monteneqroya səfərim çərçivəsində dağ-mədən sənayesi, neft və qaz naziri Admir Şahmanoviç ilə görüşməyimə şadam. Biz ikitərəfli enerji əməkdaşlığı və əlaqələrimizin möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıq", - azərbaycanlı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nəşr edilib : 24.02.2025 15:24