Naxçıvan şəhərində avtomobil Türkiyə vətəndaşını v...
00:25 08.04.2025
0
0
0
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.
"Şərq qapısı" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, innovasiya, elm və texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.
Eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.
Digər xəbərlər