“Naxçıvanpoçt” şəhid ailələrinə bayram sovqatları ...
19:39 13.03.2025
0
0
0
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionu üçün Təmiz Enerji Mərkəzinin yaradılmasını müzakirə edib.
"Şərq qapısı" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə XII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İƏT-in Baş katibi Əsəd Məcid Xan arasında keçirilən görüşdə aparılıb.
Həmçinin, Təmiz Enerji Mərkəzi vasitəsilə həyata keçiriləcək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs və layihələrindən bəhs edilib. Mərkəzin Bakıda rəsmi açılışı üçün lazımi proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin bu il Azərbaycanın İƏT-in sammitinə ev sahibliyi çərçivəsində enerji sahəsində keçiriləcək tədbirlər, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi regional layihələrlə təşkilat daxilində enerji tərəfdaşlığını təmin edən perspektivlər nəzərdən keçirilib.
Digər xəbərlər