Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliyanın turizm naziri Selso Sabino arasında keçirilən görüşdə müzakirə edilib.
"Şərq qapısı" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə COP29 tədbirində turizm mövzusuna xüsusi günün həsr olunması, burada səsləndirilən təşəbbüslərin davamlılığının COP30 tədbirində də saxlanılması, həmçinin bu istiqamətdə birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin turizm üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tədbirlərin təşkili məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Dövlət Turizm Agentliyinin inzibati binasının önündə F.Nağıyev və S.Sabino nar ağacı əkiblər.
F.Nağıyev S.Sabinoya öz ölkəsində əkməsi üçün simvolik olaraq nar ağacı hədiyyə edib ki, COP29-da turizm sahəsində əldə edilmiş razılaşmalar, COP30-un evsahibi kimi Braziliyada da davam etdirilsin və bununla da turizm və iqlim mövzularının COP-un davamlı olaraq gündəliyinə salınması təmin edilmiş olsun.
Digər xəbərlər