NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

...

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan–Türkmənistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun davamlılığı, qardaşlıq və dostluq münasibətlərinə, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər birgə layihələrin, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsinin, həmçinin logistika əlaqələrinin inkişafının əhəmiyyətini qeyd ediblər.

Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.

Nəşr edilib : 19.04.2026 08:14