Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həm...
21:20 30.12.2024
0
0
0
Sentyabrın 25-də Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib. Daha sonra stenddə baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub.
Digər xəbərlər