Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının...
22:08 19.11.2026
0
0
0
NAXÇIVAN :
19 Noyabr 2026, Cümə axşamı
Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev noyabrın 19-da etimadnaməsini Prezident xanım Ülle Madiseyə təqdim edib.
Səfirlikdən bildirilib ki, təqdimetmə mərasimindən sonra Prezident səfiri qəbul edib.
Görüş zamanı Prezident Ülle Madise səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək Azərbaycan ilə Estoniya arasında formalaşmış müsbət münasibətlərin və əməkdaşlığın səfirin diplomatik fəaliyyəti dövründə daha da genişlənəcəyinə, ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Nemət Nağdəliyev öz növbəsində Prezidentin ikitərəfli münasibətlərin inkişafına dair səsləndirdiyi fikirlərinə əlavə olaraq Azərbaycan-Estoniya əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Bununla yanaşı, siyasi, iqtisadi, humanitar, rəqəmsal transformasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu vurğulayıb. Eyni zamanda, noyabr ayının əvvəlində Tallin şəhərində Azərbaycan və Estoniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsini ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
Prezident Ülle Madise Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Görüşün sonunda Estoniya Prezidenti dövlətimizin başçısına ən xoş arzularını və səmimi salamlarını çatdırmağı xahiş edib.
Digər xəbərlər