Səlahiyyətli nümayəndə Şahbuz rayonunda vətəndaşla...
18:47 21.11.2024
0
0
0
Azərbaycanın Banqladeşə yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli oktyabrın 21-də bu ölkənin Prezidenti Məhəmməd Şahabuddinə etimadnaməsini təqdim edib.
"Şərq qapısı" xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ölkələrimiz ikitərəfli dostluq əlaqələri saxlayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Münasibətlərimizi daha da dərinləşdirmək üçün bu fürsəti əldə etməkdən şərəf duyuram”, - diplomat vurğulayıb.
Səfir digər paylaşımında bildirib ki, bu gün Banqladeşin ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı və iqlim dəyişikliyi nazirliyinin müşaviri (nazir vəzifəsini icra edən) və tanınmış ətraf mühit hüquqşünası Sayeda Rizvana Həsənlə görüşündə Bakıda keçiriləcək COP29 konfransını, o cümlədən iqlim dəyişikliyinin ən kəskin məsələlərini müzakirə edib.
Banqladeş KİV-i öz növbəsində məlumat verib ki, ölkə Prezidenti Məhəmməd Şahabuddin E.Hüseynlini qəbul edərkən bildirib ki, Banqladeş Azərbaycanla ticarət və investisiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılıqlı və çoxtərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.
Digər xəbərlər