Sankt-Peterburq qubernatoru Azərbaycanın Baş Konsu...
15:19 26.12.2024
0
0
0
“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu rəhbər tutaraq və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-2-ci maddəsini, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 9-3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilsinlər:
Əsgərov Ziyafət Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini,
Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,
Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Gülməmmədov Vüqar Tapdıq oğlu – Azərbaycan Respublikası Hesablama Palatasının sədri,
Hacıyev Fərid Famil oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Sahibə Qafarova
Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Bakı şəhəri, 10 dekabr 2024-cü il
Digər xəbərlər