NAXÇIVAN :

29 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvanda olub

...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bir qrup nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə Siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, baş neonatoloq Rustəm Hüseynov, baş pediatr Erkin Rəhimov Naxçıvana səfər ediblər. Bu səfər zamanı Azərbaycanda 10 ildən artıq müddətdir həyata keçirilən Ana və Uşaq Sağlamlığının Yaxşılaşdırılması Proqramı və yaxın zamanda təsdiq edilmiş Dövlət Kistik Fibroz Proqramı müzakirə mövzusu olub. Səfərin məqsədi bu iki proqram çərçivəsində təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin bu sahədə qarşıya çıxan əsas məsələlər və çağırışlara dair birgə strategiya hazırlamaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan  Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovla görüş keçirib. Görüşdə ana və uşaq sağlamlığı sahəsindəki mövcud problemlər və gələcək inkişaf istiqamətləri müzakirə edilib. Neonatal reanimasiya xidmətləri, vaxtından əvvəl doğulmuş körpələrin müalicəsi və ümumilikdə, uşaqların sağlamlığı ilə bağlı xidmətlərin təkmilləşdirilməsi vacib mövzular arasında olub. Eyni zamanda yeni təsdiqlənmiş Kistik Fibroz Proqramı əsasında xəstəliyin erkən diaqnostikası və müalicə strategiyalarının regionda tətbiqi də geniş müzakirə mövzusu olub.

Nəşr edilib : 24.10.2024 22:07