WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli...
14:50 20.05.2026
0
0
0
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Bayramov Elnur Üzeyir oğlu
Bayramov Rasim Əhməd oğlu
Əzizov Əziz Məhəmməd oğlu
Həsənov Ramiz Qaroğlan oğlu
Qurbanov Azər Tengiz oğlu
Musayeva Şəhla Ziyəddin qızı
Osmanov Çingiz Məsim oğlu
Şirinov Namiq Paşa oğlu
Şirinova Mehriban Ramiz qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2026-cı il
Digər xəbərlər