Naxçıvanda magistral yolda qəza baş verib
22:16 13.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5 maddə 423 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
1.2. “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
2. “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 18 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
2.2. “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
3. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 290 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
3.2. “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1–3-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2025-ci il
Digər xəbərlər