Azərbaycanla Şimali Makedoniya parlamentləri arası...
19:08 17.06.2025
0
0
0
NAXÇIVAN :
17 Iyun 2025, Çərşənbə axşamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-1-ci maddəsinin birinci cümləsində, 5.4-2-ci, 12.6-2-ci və 17.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 5.4-1-ci maddəsinin birinci cümləsində, 5.4-2-ci, 12.6-2-ci və 17.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;
1.3. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin adında, 4-1.1-ci maddəsində və 4-1.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 4-1.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-1-ci maddəsinin adında və 4-1.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi nəzərdə tutulur;
1.6. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-1-ci maddəsinin birinci cümləsində və 13.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.7. həmin Qanunun 13.1-1-ci maddəsinin birinci cümləsində və 13.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;
1.8. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.15-ci maddəsində, 13.5-1-ci maddəsinin birinci cümləsində və 13.10-cu (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.9. həmin Qanunun 7.15-ci və 13.10-cu (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.10. həmin Qanunun 13.5-1-ci maddəsinin birinci cümləsində və 13.10-cu (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.1. altı ay müddətində Keyfiyyət informasiya sistemi (bundan sonra – Sistem) haqqında əsasnaməni;
2.1.2. altı ay müddətində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Sistemdən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydasını;
2.1.3. dörd ay müddətində “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.15-ci maddəsinə uyğun olaraq, texniki tənzimləmənin şamil olunduğu malların siyahısını;
2.2. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, Sistemin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsi, habelə Elektron Hökumət İnformasiya Sisteminə ötürülən məlumatların rəqəmsallaşdırılması ilə bağlı zəruri tədbirlər görsün.
4. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 94 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 22 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bəndə “Qanununun” sözündən sonra “5.4-1-ci maddəsinin birinci cümləsində, 5.4-2-ci maddəsində,” sözləri, “12.3-cü” sözlərindən sonra isə “, 12.6-2-ci” sözləri əlavə olunsun və həmin bənddə “və 18.3-cü maddəsində” sözləri “, 17.8-ci və 18.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. 1.3-cü bənddən “, 17.3-cü” sözləri çıxarılsın və həmin bənddə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.3. 1.4-cü bənddə “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.4. 1.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
“1.5. həmin Qanunun 5.4-1-ci maddəsinin birinci cümləsində, 5.4-2-ci, 12.6-2-ci və 17.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.”.
5. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 811 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1-ci bəndə “maddəsində” sözündən sonra “, 4-1-ci maddəsinin adında, 4-1.1-ci maddəsində və 4-1.3-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;
5.2. 3.1-2-ci bənd müvafiq olaraq 3.1-3-cü bənd hesab olunsun və aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin:
“3.1-2. həmin Qanunun 4-1.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
5.3. 3.1-3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.1-3. həmin Qanunun 1.0.5-ci maddəsində “qurum” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;
5.4. aşağıdakı məzmunda 3.1-4-cü bənd əlavə edilsin:
“3.1-4. həmin Qanunun 4-1-ci maddəsinin adında və 4-1.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi nəzərdə tutulur.”.
6. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1227 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bənddə “, 13.3-cü” sözləri “maddələrində, 13.1-1-ci maddəsinin birinci cümləsində, 13.3-cü, 13.6-cı” sözləri ilə əvəz edilsin;
6.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. həmin Qanunun 13.1-1-ci maddəsinin birinci cümləsində və 13.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;
6.3. 2.3-cü bəndə “şəxs” sözündən sonra “qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri əlavə edilsin.
7. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1711 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1-ci bəndə “7.14-cü (hər iki halda),” sözlərindən sonra “7.15-ci,” sözləri əlavə edilsin, həmin bənddə “13.5-ci (hər iki halda), 13.9-cu” sözləri “13.5-ci maddələrində, 13.5-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bənddən “13.12-ci,” sözləri çıxarılsın;
7.2. 2.3-cü bəndə “7.14-cü (birinci halda),” sözlərindən sonra “7.15-ci,” sözləri əlavə olunsun və həmin bənddə “13.5-ci (birinci halda)” sözləri “13.5-ci” sözləri ilə əvəz edilsin;
7.3. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu və 7.10-cu maddələrində, 7.11-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.14-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 9.1-ci maddəsində, 13.5-1-ci maddəsinin birinci cümləsində, 13.10-cu (ikinci halda) maddəsində, 14.9-cu maddəsinin ikinci cümləsində, 15.1-ci və 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2025-ci il
Digər xəbərlər