NDU-da qəbul göstəricilərində yeni rekord: 2096 tə...
16:14 27.08.2026
0
0
0
NAXÇIVAN :
27 Avqust 2026, Cümə axşamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin birinci abzasında, 5.2-ci (hər üç halda), 5.3-cü (hər iki halda), 5.4-cü,
5.6-cı, 5.7-ci (hər üç halda), 6.2-ci, 6.4-cü maddələrində, 6.8-ci maddəsinin birinci cümləsində, 6.10-cu (hər iki halda), 7.1-ci (hər iki halda), 7.2-ci maddələrində, 8.1-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsinin birinci və ikinci cümlələrində,
8.5-ci, 8.6-cı, 8.8-ci, 9.7-ci (hər iki halda), 9.8-ci, 9.9-cu, 11.1.3-cü,
11.1.9 – 11.1.11-ci, 11.2-ci, 13.2-ci, 13.5-ci, 13.6-cı maddələrində, 14.2-ci maddəsinin ikinci cümləsində, 14.3-cü, 15.2.1-ci, 15.2.2-ci, 15.3-cü, 15.4-cü, 16.2-ci, 17.1-ci, 17.3-cü, 18.1-ci, 19.2-ci, 20.3-cü, 21.1.1-ci, 22.4-cü, 23.1-ci, 23.2-ci, 25.2-ci, 26.1-ci və 28.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 23.1-ci, 23.2-ci və 25.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 5.2-ci (ikinci və üçüncü hallarda), 5.3-cü (ikinci halda), 6.2-ci maddələrində, 8.1-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci və 14.2-ci maddələrinin ikinci cümlələrində, 16.2-ci, 20.3-cü, 21.1.1-ci, 22.4-cü və 28.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 5.1-ci maddəsinin birinci abzasında (5.1.1-ci,
5.1.3 – 5.1.8-ci, 5.1.10 – 5.1.14-cü və 5.1.18-ci maddələrə münasibətdə), 5.2-ci (birinci halda), 5.3-cü (birinci halda), 5.4-cü, 6.4-cü maddələrində, 6.8-ci maddəsinin birinci cümləsində, 6.10-cu (ikinci halda), 7.1-ci (ikinci halda) və 7.2-ci maddələrində, 8.2-ci maddəsinin birinci cümləsində, 8.5-ci, 8.6-cı, 8.8-ci, 9.7-ci (ikinci halda), 9.8-ci, 9.9-cu, 11.1.11-ci, 11.2-ci, 13.2-ci, 13.5-ci, 13.6-cı, 15.2.1-ci, 15.3-cü, 15.4-cü,
17.1-ci, 17.3-cü və 19.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 5.1-ci maddəsinin birinci abzasında (5.1.9-cu maddəyə münasibətdə) və 11.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 5.1-ci maddəsinin birinci abzasında (5.1.2-ci maddəyə münasibətdə) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, balıqçı gəmilərinin, habelə qanunsuz balıq ovu ilə məşğul olan gəmilərin saxlanılmasına və təyin olunmuş yerə istiqamətləndirilməsinə münasibətdə həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;
1.7. həmin Qanunun 5.1-ci maddəsinin birinci abzasında (5.1.15 – 5.1.17-ci maddələrə münasibətdə) və 15.2.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 6.10-cu maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;
1.9. həmin Qanunun 7.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.10. həmin Qanunun 9.7-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
1.11. həmin Qanunun 14.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulur;
1.12. həmin Qanunun 18.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.13. həmin Qanunun 26.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulur;
1.14. həmin Qanunun 5.6-cı, 5.7-ci (birinci halda), 11.1.3-cü və 11.1.9-cu maddələrində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “balıqçılıq” altsistemi nəzərdə tutulur;
1.15. həmin Qanunun 5.7-ci maddəsində ikinci halda “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;
1.16. həmin Qanunun 5.7-ci maddəsində üçüncü halda “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi” nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. altı ay müddətində:
2.1.1. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
2.1.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması;
2.1.1.2. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun vəsaitindən istifadə qaydası;
2.1.2. aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.2.1. həmin Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin təmin olunduqları xüsusi geyim formasını və fərqlənmə nişanlarını, xüsusi vasitələrin, xidməti silahın və onlar üçün sursatların siyahısını, habelə nəqliyyat vasitələrinin fərqlənmə nişanlarını;
2.1.2.2. həmin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan vəzifəli şəxslərinin siyahısını;
2.1.2.3. həmin Qanunun 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Biotexnoloji Layihə Sənədinin ekspertizasının həyata keçirilməsi üçün xidmət haqqının məbləğini;
2.1.2.4. həmin Qanunun 14.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, mühüm balıqçılıq su obyektlərinin siyahısını və sudan istifadənin məhdudlaşdırılması qaydasını;
2.1.2.5. həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normalarını və onların təsdiqi qaydasını;
2.1.2.6. həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, qiymətli balıq növlərinin kürütökmə yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiqi qaydasını;
2.1.2.7. həmin Qanunun 21.1.1-ci maddəsinə uyğun olaraq, balıqçılıq sahəsində göstərilən dövlət xidmətlərinin siyahısını;
2.1.2.8. həmin Qanunun 22.4-cü maddəsinə uyğun olaraq, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlərin məbləğini, dərəcələrini, tətbiq edilmə qaydasını, habelə balıq və digər su bioresurslarının qeyri-qanuni ovu və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyanın hesablanma qaydasını;
2.1.2.9. həmin Qanunun 28.3-cü maddəsinə uyğun olaraq, xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqını və qaydasını;
2.1.3. aşağıdakı normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.3.1. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”nın;
2.1.3.2. həmin Qanunun 8.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın;
2.1.3.3. su təsərrüfatı obyektlərində balıqçılığın həyata keçirilməsi ilə bağlı digər normativ hüquqi aktların;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
3.1. altı ay müddətində aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.5-ci maddəsinə uyğun olaraq, balıq və digər su bioresurslarının dayanıqlı ovunun təmini məqsədilə balıqçılıq subyektləri tərəfindən istifadə edilən balıqçılıq infrastrukturu, balıq ovu alətləri və balıqçı gəmiləri ilə bağlı texniki tələbləri;
3.1.2. həmin Qanunun 6.4-cü maddəsinə uyğun olaraq, balıq ovunda qadağan olunmuş ov alətlərinin siyahısını;
3.1.3. həmin Qanunun 8.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, Biotexnoloji Layihə Sənədinin nümunəvi formasını;
3.1.4. həmin Qanunun 9.9-cu maddəsinə uyğun olaraq, ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətlərini;
3.1.5. həmin Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, balıq ovu ilə məşğul olmaq üçün istifadə olunan balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı qaydasını, habelə balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələrinin siyahısını və onlara dair tələbləri;
3.1.6. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması qaydasını;
3.1.7. həmin Qanunun 13.6-cı maddəsinə uyğun olaraq, balıqartırma, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi qaydasını və texniki normativ hüquqi aktları;
3.1.8. həmin Qanunun 15.4-cü maddəsinə uyğun olaraq, balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydasını;
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 483 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.2-ci və 2.4-cü bəndlərində nəzərdə tutulmuş vəzifələri, 71-ci maddəsinin 2-ci hissəsinin 2.4-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;”;
4.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.1-ci, 2.3-cü, 2.5-ci və 2.6-cı bəndlərində nəzərdə tutulmuş vəzifələri, habelə həmin Qanunun 15-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının,
18-ci maddəsinin 3-cü hissəsində, 71-ci maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin 2.1-2.3-cü, 2.5-2.11-ci bəndlərində, 72-ci maddəsində və 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;”;
4.3. 2.6-cı bəndə “Nazirliyi” sözündən sonra “, balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin;
4.4. 2.7-ci bəndə birinci halda “Nazirliyi,” sözündən sonra “balıq və digər su bioresurslarının qorunduğu xüsusi mühafizə olunan su sahələrinə (akvatoriyalara) münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin.
5. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 186 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 496 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. ikinci – doqquzuncu abzaslar müvafiq olaraq 3.1 – 3.8-ci bəndlər hesab edilsin;
5.2. 3.1-ci bənddə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
5.3. 3.2-ci və 3.3-cü bəndlərdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
5.4. 3.4-cü bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın;
5.5. 3.5-ci bəndə “səlahiyyətlərini” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin;
5.6. 3.6-cı bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
5.7. 3.7-ci bənddə “və 4-cü hissələrində” sözləri “hissəsində” sözü ilə, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
5.8. 3.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.9-cu bənd əlavə edilsin:
“3.9. həmin Qanunun 41-ci maddəsinin 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.”.
6. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 161 (Cild I); 2024, № 11, maddə 1198) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. ikinci – yeddinci abzaslar müvafiq olaraq 2.1 – 2.6-cı bəndlər hesab edilsin;
6.2. 2.1-ci bənddə “həmin Qanunun” sözləri “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə, “maddəsində” sözü “maddəsinin ikinci hissəsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “iştirak” sözündən əvvəl “və balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin;
6.3. 2.2-ci bənddə üçüncü halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə ikinci halda “Nazirliyi” sözündən sonra “və balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin;
6.4. 2.3-cü bənddən “, 26-cı maddəsinin 2-ci, 43-cü maddəsinin 2-ci” sözləri çıxarılsın;
6.5. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. həmin Qanunun 26-cı maddəsinin 2-ci, 34-cü maddəsinin 1-ci, 43-cü maddəsinin 2-ci, 44-cü maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər;”.
7. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 556 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. ikinci – altıncı abzaslar müvafiq olaraq 1.1 – 1.5-ci bəndlər hesab edilsin;
7.2. 1.1-ci bənddə “, 33-cü maddəsinin 5 və 7-ci hissələrində” sözləri “hissəsində” sözü ilə, “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
7.3. 1.2-ci bənddə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
7.4. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. həmin Qanunun 33-cü maddəsinin 5-ci və 7-ci hissələrində, 38-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;”;
7.5. 1.5-ci bəndə ikinci halda “Nazirliyi” sözündən sonra “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddə 1359; 2025, № 4 (I kitab), maddə 330; 2026, № 1, maddə 37) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. 11.33-3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“11.33-3. balıq və digər su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun dayandırılması və ya qadağan edilməsi ilə bağlı tədbirlər görmək, balıqçılıq subyektlərinin uçotunu aparmaq;”;
8.2. 11.33-4-cü bənd ləğv edilsin;
8.3. 11.33-6-cı bənddə “aidiyyəti dövlət orqanları (qurumları)” sözləri “yerli icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin;
8.4. 11.33-7-ci, 11.33-9-cu və 11.33-16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“11.33-7. balıqartırma fəaliyyətinin həyata keçirilməsi məqsədilə balıq və digər su bioresurslarının yetişdirilməsi istiqamətində akvakultura təsərrüfatları ilə müqavilə bağlamaq;”;
“11.33-9. akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün qeydiyyat şəhadətnaməsini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vermək, dayandırmaq, bərpa etmək və ləğv etmək;”;
“11.33-16. balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla vətəgə sahələrinin ayrılmasına dair tədbirlər görmək;”;
8.5. 11.33-17-ci bənddə “suyun bioloji sərvətlərinin” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
8.6. aşağıdakı məzmunda 11.33-23 – 11.33-27-ci bəndlər əlavə edilsin:
“11.33-23. balıqovlama biletini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vermək, dayandırmaq, bərpa etmək və ləğv etmək;
11.33-24. balıq və digər su bioresurslarının zooloji kolleksiyalarının yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə vermək;
11.33-25. balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydasını təsdiq etmək, meliorasiyaya nəzarəti həyata keçirmək, istifadəyə və ya icarəyə verilməmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində meliorasiya fəaliyyətini təşkil etmək;
11.33-26. balıqçılıq su obyektlərinin monitorinqini həyata keçirmək, bu məqsədlə müşahidə və monitorinq sistemləri yaratmaq, quraşdırmaq və onlardan istifadə etmək;
11.33-27. “Ətraf mühitin mühafizəsi haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq balıq və digər su bioresurslarına münasibətdə dövlət nəzarətini, habelə həmin sahədə digər səlahiyyətləri həyata keçirmək;”;
8.7. 11.42-1-ci bənddə “sahəsində” sözü “və balıq və digər su bioresurslarının mühafizəsi və onlardan istifadə sahələrində” sözləri ilə əvəz olunsun və həmin bəndə “vasitələrlə” sözündən sonra “, həmçinin balıq və digər su bioresurslarının mühafizəsinə və onlardan istifadəyə dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini qanuna uyğun olaraq xidməti silahla” sözləri əlavə edilsin.
9. “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 199 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 10-cu hissə üzrə:
9.1.1. 10.3.1-ci yarımbəndə “kökünün” sözündən əvvəl “balıq və digər su bioresursları istisna olmaqla,” sözləri əlavə edilsin;
9.1.2. aşağıdakı məzmunda 10.3-1-ci bənd əlavə edilsin:
“10.3-1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
10.3-1.1. balıq və digər su bioresurslarına münasibətdə kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı (təkrar ixracı) üçün icazənin (sertifikatın) verilməsini;”;
9.2. 11-ci hissəyə “Sərvətlər Nazirliyi,” sözlərindən sonra “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1645 (Cild I); 2024, № 8, maddə 937) ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin 4.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
10.1. 4.2.3-cü yarımbəndin 1-ci abzasına “növlərinin” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;
10.2. aşağıdakı məzmunda 4.2.3-1-ci yarımbənd əlavə edilsin:
“4.2.3-1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən:
1. balıq və digər su bioresurslarına münasibətdə kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı (təkrar ixracı) üçün icazənin (sertifikatın) verilməsi;”.
11. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771, № 11, maddələr 1018, 1025, № 12 (I kitab), maddə 1152) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. 6-cı hissənin “Göstərdiyi xidmətlər” sütunu üzrə:
11.1.1. 4-cü bənd ləğv edilsin;
11.1.2. 5-ci bəndə “zooloji” sözündən əvvəl “balıq və digər su bioresurslarının zooloji kolleksiyaları istisna olmaqla, digər” sözləri əlavə edilsin;
11.1.3. 6-cı bəndə “növlərinin” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;
11.2. 9-cu hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda
5 – 8-ci bəndlər əlavə edilsin:
“5. balıqovlama biletinin verilməsi
6. akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi
7. balıq və digər su bioresurslarının zooloji kolleksiyalarının yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi
8. balıq və digər su bioresurslarına münasibətdə kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi”.
12. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 57 (Cild I) 2.2-ci bəndində “85” rəqəmləri “95” rəqəmləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359; 2026, № 3, maddə 216; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli və 13 avqust tarixli 763 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
13.1. 1.10-cu bəndə “ödəniş” sözündən sonra “Balıqçılıq haqqında”,” sözləri əlavə edilsin;
13.2. 3.2.3-4-cü yarımbənddə “hazırlanmış bioloji və texnoloji əsaslandırmanın ilkin və təkrar qeydiyyata alınması” sözləri “Biotexnoloji Layihə Sənədinin qəbulu və onun ekspertizasının təşkili” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə ikinci halda “uçotu” sözündən sonra “balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı və uçotu, balıqçılıq obyektlərinin növünü, həcmini və sair əks etdirən məlumatların toplanılması” sözləri əlavə edilsin;
13.3. 5.1.32-ci yarımbənddə “bioloji və texnoloji əsaslandırma, bioloji və texnoloji əsaslandırmanı təqdim edən akvakultura subyektinin” sözləri “Biotexnoloji Layihə Sənədi, müraciətçinin” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə ikinci halda “müqavilələr” sözündən sonra “balıq ovu ilə məşğul olmaq üçün istifadə edilən balıqçı gəmiləri, balıqovu alətləri və balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələri, balıqçılıq obyektlərinin növü, həcmi” sözləri əlavə edilsin;
13.4. 7.1.1-ci yarımbənd üzrə:
13.4.1. 20-ci abzasda “hazırlanmış bioloji və texnoloji əsaslandırmanı” sözləri “Biotexnoloji Layihə Sənədini” sözləri ilə, “bioloji və texnoloji əsaslandırmada” sözləri “Biotexnoloji Layihə Sənədində” sözləri ilə əvəz edilsin;
13.4.2. aşağıdakı məzmunda 20-1-ci abzas əlavə edilsin:
“20-1. balıq ovu ilə məşğul olmaq üçün istifadə etdiyi balıqçı gəmiləri və balıqovu alətləri barədə məlumatları, habelə balıqçılıq obyektlərinin növünü, həcmini və sair əks etdirən məlumatları daxil etmək;”.
14. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddə 541, № 10, maddə 900; 2026, № 2, maddə 123, № 4, maddə 304) aşağıdakı dəyişikliklər edilsin:
14.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
14.1.1. 1.1-ci bənddə “suların bioloji sərvətlərindən səmərəli istifadə, onların” sözləri “ekoloji sistemin” sözləri ilə əvəz edilsin;
14.1.2. 3-cü hissə üzrə:
14.1.2.1. 3.0.26-cı yarımbənddə “14–18-ci” sözləri “14-cü, 15-ci, balıq və digər su bioresursları istisna olmaqla, 17-ci və 18-ci” sözləri ilə əvəz edilsin;
14.1.2.2. 3.0.64-cü yarımbəndə “təşkil etmək,” sözlərindən sonra “aidiyyəti qurumlarla birlikdə” sözləri əlavə olunsun və həmin yarımbənddə “aidiyyəti dövlət qurumları ilə birlikdə heyvanlar aləminin” sözləri “heyvanlar aləminin (balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
14.1.2.3. 3.0.65-ci yarımbəndə “heyvanların” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri, “əraziləri” sözündən sonra “aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə” sözləri əlavə edilsin;
14.1.2.4. 3.0.66-cı yarımbəndə “heyvan” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;
14.1.2.5. 3.0.68-ci yarımbəndə “vasitəsilə” sözündən sonra “balıq və digər su bioresurslarının zooloji kolleksiyaları istisna olmaqla, digər” sözləri əlavə edilsin;
14.1.2.6. aşağıdakı məzmunda 3.0.72-1-ci yarımbənd əlavə edilsin:
“3.0.72-1. strukturuna daxil olan qurumlar vasitəsilə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində ekoloji sistemin qorunmasını təmin etmək;”;
14.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
14.2.1. 1.1-ci bənddə “bioloji müxtəlifliyin,” sözləri “ekoloji sistemin” sözləri ilə əvəz edilsin;
14.2.2. 3-cü hissə üzrə:
14.2.2.1. 3.0.12-ci yarımbənddə “, o cümlədən suyun bioloji sərvətlərinin” sözləri “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
14.2.2.2. 3.0.13-cü yarımbəndə “obyektlərinin” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;
14.2.2.3. 3.0.14-cü yarımbəndə “təşkil etmək,” sözlərindən sonra “aidiyyəti qurumlarla birlikdə” sözləri əlavə edilsin və həmin yarımbənddən “, aidiyyəti dövlət qurumları ilə birlikdə heyvanlar aləminin dövlət uçotu, kadastrı və monitorinqini həyata keçirmək” sözləri çıxarılsın;
14.2.2.4. 3.0.22-ci yarımbəndə “heyvanların” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;
14.2.2.5. 3.0.23-cü yarımbəndə “obyektləri” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə olunsun və həmin yarımbənddə “qaldırılmaq” sözü “qaldırmaq” sözü ilə əvəz edilsin;
14.2.2.6. 3.0.24-cü yarımbəndə “növlərinin” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;
14.2.2.7. 3.0.27-ci yarımbəndə “heyvanların” sözündən əvvəl “balıq və digər su bioresursları istisna olmaqla, digər” sözləri əlavə edilsin;
14.2.2.8. 3.0.28-ci yarımbəndə “zooloji” sözündən əvvəl “balıq və digər su bioresurslarının zooloji kolleksiyaları istisna olmaqla, digər” sözləri əlavə edilsin;
14.2.2.9. aşağıdakı məzmunda 3.0.42-1-ci yarımbənd əlavə edilsin:
“3.0.42-1. aidiyyəti qurumlarla birlikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində ekoloji sistemin qorunmasını təmin etmək;”.
15. “Kökünün kəsilməsi təhlükəsi olan fauna və yabanı flora növlərinin beynəlxalq ticarət haqqında” Konvensiyaya qoşulmuş (CİTES) digər tərəflər və Katiblik ilə əlaqə saxlamaq üçün onun Azərbaycan Respublikasında inzibati orqanın təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 188 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 441 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
15.1. adı aşağıdakı redaksiyada verilsin:
“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CITES) qoşulmuş digər tərəflər və Katibliklə əlaqə saxlamaq üçün Azərbaycan Respublikasında inzibati orqanın təyin edilməsi haqqında”;
15.2. preambulada “CİTES” akronimi “CITES” akronimi ilə əvəz edilsin;
15.3. 1-ci hissəyə “Nazirliyi” sözündən sonra “, balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin.
16. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya” üzrə Azərbaycan Respublikasının elmi orqanlarının təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 may tarixli 1472 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 448 (Cild I) 1-ci hissəsində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nərə cinsli balıq növləri üzrə)” sözləri “Kənd Təsərrüfatı Nazirliyi (balıq və digər su bioresursları üzrə)” sözləri ilə, “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
17. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 383 (Cild I); 2024, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddə 541) ləğv edilsin.
18. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 15-ci və
16-cı hissələri nəzərə alınmaqla, balıq və digər su bioresurslarına münasibətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati və elmi orqan, digər vəhşi fauna və yabanı flora növlərinə münasibətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi orqan təyin edilməsi barədə İsveçrə Konfederasiyası Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2026-cı il
Digər xəbərlər