NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 7.7-1-ci və 10.4-3-cü bəndlər əlavə edilsin:

“7.7-1. Yüksəkixtisaslı miqrantlar;”;

“10.4-3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı müraciətlərinə baxılmasına dair müvafiq məlumatların toplanılması, rəylərin alınması, nəticənin təqdim olunması və bu barədə məlumatların Sistemə daxil edilməsi;”;

1.2. 11.2.0-cı yarımbəndə “icazə” sözündən sonra “, şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 11.4.5-ci, 11.5.8-ci və 11.6.4-cü yarımbəndlər əlavə edilsin:

“11.4.5. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;”;

“11.5.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;”;

“11.6.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;”;

1.4. 11.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 11.10-cu bənd əlavə edilsin:

“11.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsində iştirak edən digər dövlət orqanları (qurumları) tərəfindən:

11.10.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2024-cü il

Nəşr edilib : 22.11.2024 16:38