Naxçıvan məktəblərində təyyarə qəzasında həlak ola...
16:55 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun liman ərazisində yeni İntermodal Yük Terminalının inşası üçün müəssisənin yaradılmasına dair saziş imzalayıblar.
"Şərq qapısı" xəbər verir ki, imzalanma mərasimində “Azərbaycan İnvestisiya Holdinqi”nin baş icraçı direktoru Ruslan Əlixanov və Qazaxıstanın “Samruk-Kazyna” fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov iştirak ediblər. Mərasim Azərbaycanda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilib.
Sazişin məqsədi Ələt qəsəbəsində yerləşən Bakı Limanında yükaşırma həcminin artırılması və inkişafı ilə bağlı ilk dəfə yeni İntermodal Yük Terminalının tikintisinin həyata keçirilməsidir. Layihə çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40 hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.
Bakı Limanının geniş infrastruktur imkanları, Qazaxıstan Dəmir Yollarının bütövlükdə Orta Dəhliz üzrə xidmətlərin göstərilməsindəki mühüm əhəmiyyəti, “Xi'an Free Trade Port” şirkətinin Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının təşkili və göndərilməsindəki sürəti nəzərə alındıqda bu saziş hər üç ölkə üçün böyük logistik əhəmiyyət daşıyacaq.
Sazişin bir digər üstünlüyü isə Çin-Avropa marşrutu üzrə Orta Dəhlizlə göndərilən konteyner qatarlarının həcminin daimi artımı, boşaldılma vaxtının azaldılması, daşımaların dəyərinin aşağı salınması, yenidən yükləmə vaxtının minimumlaşdırılması və yük daşımalarının həcminin sabit artması olacaq.
Digər xəbərlər