NAXÇIVAN :

22 Aprel 2025, Çərşənbə axşamı

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gəlib

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.

"Şərq qapısı" xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşıladılar.

Nəşr edilib : 22.04.2025 15:56