NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Azərbaycan Prezidenti: Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır

...

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb.

"Şərq qapısı" xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir”.

Nəşr edilib : 18.05.2026 13:34