NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır

...

Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində deyib.

“Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Nəşr edilib : 19.05.2026 08:57