NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan Prezidenti: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur

...

Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

“Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Nəşr edilib : 03.11.2025 14:20