NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

...

Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

"Şərq qapısı" Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 14.05.2025 08:36