NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub

...

Azərbaycan Ordusunun mövqeləri aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən atıcı silahlardan fasilələrlə atəşə tutulub.

“Şərq qapısı” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 12.04.2025 10:01