NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir

...

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.

Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

Nəşr edilib : 29.04.2025 18:26