NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

...

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən “C130” hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Nəşr edilib : 11.11.2025 18:04