Anar Quliyev: Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-...
20:04 16.07.2026
0
0
0
Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektləri ziyarət edib.
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan nümayəndə heyəti Belarus Silahlı Qüvvələrinin aviabazasında və əlahiddə desant-hücum briqadasında olub. Burada Xüsusi Əməliyyat Qüvvələrinin və radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanışlıq keçirilib.
Plana uyğun olaraq general-polkovnik Kərim Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin Tətbiqi və Hazırlığı Mərkəzinə, həmçinin Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib. Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra nümayəndə heyətinə pilotsuz aviasiya kompleksləri operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü də ziyarət edib, önünə gül dəstəsi qoyaraq onun xatirəsini ehtiramla anıb.
Digər xəbərlər