NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

Azərbaycan Ordusunda psixoloqlar üçün növbəti təlim keçirilib

...

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlar üçün təlim təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Qardaş Türkiyədən dəvət edilmiş psixoloq "Sxem terapiyası" təlimində dinləyicilərə ətraflı məlumat verib. Psixoloji problemlərin aradan qaldırılmasında, şəxsiyyət pozuntularının müalicəsində bu üsulun düzgün tətbiqi öyrədilib.

Təlim zamanı interaktiv metodlardan istifadə olunmaqla müasir təcrübələrə əsaslanan terapiya üsullarının faydaları izah edilib, praktiki çalışmalar yerinə yetirilərək qazanılan biliklər möhkəmləndirilib.

Dinləyicilər tərəfindən mövzu diqqətlə mənimsənilib, təlimçilər maraq doğuran suallara geniş şəkildə cavab veriblər.

Nəşr edilib : 24.06.2025 16:31