NAXÇIVAN :

16 Yanvar 2025, Cümə axşamı

Azərbaycan neftinin qiyməti yenidən 84 dolları ötüb

...

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

"Şərq qapısı" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,22 dollar və ya 1,46 faiz artaraq 84,78 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Nəşr edilib : 16.01.2025 10:04