NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Azərbaycan neftinin qiyməti 95 dollara enib

...

“Azeri Light” markalı Azərbaycan nefti 2 dollar ucuzlaşıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 1,99 ABŞ dolları və ya 2,05% azalaraq 95,13 ABŞ dollarına düşüb.

Əvvəlki ticarət sessiyasında “Azeri Light”ın bir bareli 97,12 ABŞ dollarına satılmışdı.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Nəşr edilib : 25.08.2026 09:37