NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

...

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

"Şərq qapısı" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar və ya 0,83 faiz artaraq 76,54 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Nəşr edilib : 12.12.2024 10:50