NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin TOP3 siyahısına düşüb

...

Azərbaycan MDB-nin ən çox mütaliə edən ölkələrinin üçlüyünə daxildir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TASS-ın baş direktoru Andrey Kondraşov XXXII Beynəlxalq kitab sərgi-yarmarkasında bildirib.

"Mədəniyyət sivilizasiyanın özəyidir. Son sorğuların nəticələrinə görə, Belarus MDB-də ən çox kitab oxunulan ölkədir. Hər min nəfərdən 369-u kitabxanalara gedir və il ərzində 69 milyon kitab götürürlər. İkinci yerdə Rusiya yerləşir", - o bildirib.

A.Kondraşovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan, dördüncü yerdə isə Qazaxıstan qərarlaşıb.

Nəşr edilib : 12.03.2025 15:23