NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Lüksemburqla əməkdaşlığın genişləndirilməsini müzakirə edib

...

Azərbaycan və Lüksemburq arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

"Şərq qapısı" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi Veronika Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

E. Əliyev Azərbaycan və Lüksemburq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında iqtisadi-ticarət, tranzit, turizm, informasiya texnologiyaları, yaşıl enerji sahələrində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə Lüksemburq şikətlərinin iştirakı, habelə birgə investisya imkanları qeyd edilib, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə, sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.

V. Dokendorf ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Nəşr edilib : 27.01.2025 17:16