NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a dəvət edib

...

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi COP29-a dəvət edib.

Dövlət başçısı bu barədə bolqarıstanlı həmkarı ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı söyləyib ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır.

"Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək", - dövlət başçısı qeyd edib.

Nəşr edilib : 08.05.2024 15:59