NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini müzakirə edib

...

Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini və yeni fəaliyyət istiqamətlərini müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İtaliyaya səfərimiz zamanı bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşmək xoş oldu. İkitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikirlərimizi bölüşdük”,- deyə nazir qeyd edib.

Nəşr edilib : 31.01.2025 14:14