NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib

...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) İsveç Vergi Agentliyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində təklifləri, birgə fəaliyyətin prioritet istiqamətlərini, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işləri və perspektiv layihələri müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə DVX məlumat yayıb. Videokonfrans formatında keçirilən görüşdə DVX-nın rəisi, IOTA-nın prezidenti Orxan Nəzərli İsveç Vergi Agentliyinin baş direktoru xanım Ketrin Vestlinq Palm ilə müzakirələr aparıb.

Görüşdə iki ölkə arasında ikitərəfli iqtisadi münasibətlərin müxtəlif sahələrdə, o cümlədən vergi sahəsində uğurla inkişaf etdiyi bildirilib və görüşün əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edilib.

Tərəflər Azərbaycanın IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparıb, IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsinin uzunmüddətli strateji hədəflər və dayanıqlı prinsiplər əsasında həyata keçirilməsi məqsədilə təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərinin vergi administrasiyaları tərəfindən dəstəklənməsi, maliyyələşmə imkanlarının artırılması və səmərəli mexanizmlərin rolunu müzakirə ediblər.

Nəşr edilib : 29.11.2024 19:25