NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Azərbaycan-İran sərhədində zəlzələ olub

...

Azərbaycan-İran sərhədində 3,6 bal gücündə zəlzələ olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Cəlilabadda da hiss olunub.

Nəşr edilib : 07.01.2025 00:01