Cəbrayılda daha 32 ailəyə evlərin açarları təqdim ...
14:23 16.01.2025
0
0
0
2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Şərq qapısı" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 %, qeyri neft-qaz sektorunda isə 6,2 % artıb.
ÜDM istehsalının 35,9 %-i sənaye, 10,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i tikinti, 5,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 19,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.
Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12 382,5 manat olub.
Digər xəbərlər