NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

...

Astanada sentyabrın 8-də V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi olub.

Mərasim "Astana Arena" stadionunda 3 min sənətçinin iştirakı ilə reallaşıb.

Əvvəlcə iştirakçı ölkələrin komandaları əlifba sırası ilə ayrı-ayrı qruplar şəklində təntənəli yürüş ediblər. Azərbaycan idmançıları da bu yürüşdə yer alıblar.

Yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Tədbirdə 89 ölkədən təxminən 2800 iştirakçının qatılması gözlənilir. Oyunlarda 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.

Nəşr edilib : 08.09.2024 19:07