NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

...

Maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri və bankın Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, bank tərəfindən müxtəlif sahələrdə maliyyələşdirilən layihələrin və göstərilən texniki yardımların ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.
Görüşdə bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrası davam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlara dair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 11.06.2025 19:00