NAXÇIVAN :

11 Mart 2025, Çərşənbə axşamı

Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

...

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
"Şərq qapısı" xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.
74 kq çəkidə yarışan Ağanəzər Novruzov isə finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.

Nəşr edilib : 10.03.2025 22:45